Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, daha 59 insan yaralanıb. Primeinfo.az xəbər verir ki , bu barədə “Unitel” telekanalı polisə istinadən məlumat yayıb. “İki nəfər ölüb, yeddi nəfər itkin düşüb, 59 nəfər yaralanıb”, – telekanal veb saytında polis komandanının müavini Rocer Roka istinadən bildirib.
Pakistanın Hayber-Paxtunxva əyalətində Kalaçi polis rəisinin müavini Kifayətullah Marvatın avtomobilinə silahlı hücum edilib. Hadisə Dera-İsmayıl-Xan dairəsindəki Dera-Tank avtomobil yolunda qeydə alınıb. Primeinfo.az “Samaa” nəşrinə istinadən xəbər verir ki, naməlum şəxslərin xidməti maşını atəşə tutması nəticəsində nəqliyyat vasitəsi zədələnərək aşıb.
Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər ölüb, 42 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.
Rusiyanın Ukraynanın Jitomir şosesi yaxınlığındakı anbarlara hava hücumundan sonra Kiyev bölgəsində 200-dən çox insan təxliyə edilib.
Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verib.
Avropada miqrasiya böhranının yenidən kəskinləşməsi fonunda radikal islamçı terror təhlükəsi ilə bağlı müzakirələr güclənib. Xüsusilə İspaniyanın Şimali Afrikadakı Seuta anklavında yaşanan son miqrant axını təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Primeinfo.az “Fox News”-a istinadən xəbər verir ki, Avropa ölkələrinin təhlükəsizlik qurumları son dövrdə radikallaşma və terror təşkilatları ilə əlaqəli şəxslərə qarşı əməliyyatları artırıb.
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbələri nəticəsində çoxmərtəbəli binada dağıntı qeydə alınıb, ölənlər və xəsarət alanlar var.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinə dronlarla hücum edib.
Pakistanda Kabal şəhərində polis bölməsinin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Moskvadakı restoranda baş verən partlayışla bağlı yeni detallar üzə çıxıb. Primeinfo.az xəbər verir ki, “Vyorstka”nın məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun 25 yaşlı qızı Mariya Çayko partlayış zamanı ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin siyahısında onun “Mariya P.” adı ilə göstərildiyi bildirilir.