Livan ordusunun beş hərbçisi İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində yaralanıb. Primeinfo.az-ın “Al Jazeera”ya istinadən verdiyi məlumata görə, bu barədə Livan Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbə Bint-Cubayl şəhərinə endirilib.
İndoneziyanın Madura adası sahillərində göyərtəsində 271 sərnişin və ekipaj üzvünün olduğu bərədə yanğın baş verib. Primeinfo.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 41 nəfər itkin düşüb. Axtarış-xilasetmə xidmətinin məlumatına əsasən, 225 nəfər xilas edilib.
Bu gün işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina hadisəsi baș verib.
İtaliyanın Neapol şəhəri yaxınlığındakı Fleqrey çöllərində baş vermiş 4,7 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki,bu barədə “Corriere della Sera” qəzeti İtaliyanın Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Qurumun açıqlamasına əsasən, zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb, təxminən 300 sakin isə təhlükəsizlik məqsədilə evlərini tərk etmək məcburiyyətində qalıb.
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi ballistik raket zərbələri nəticəsində azı 9 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Kabarda-Balkariyada (RF) Elbrus dağında əvvəllər itkin düşmüş hesab olunan üç alpinistin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib. Məlumata görə, Bosniya və Herseqovinadan olan təcrübəli alpinistlər qrupunda ümumilikdə yeddi nəfər olub, onlardan yalnız ikisi xilas edilib.
Zuğulba-Mərdəkan şosesində ağır qəza baş verib.
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Donetsk vilayətinin Qorlovka şəhərinə hücumu nəticəsində dörd mülki şəxs həyatını itirib.
Gecə saatlarında Şəkidə piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, iyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub. Mahir Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.