
İtaliyanın Neapol şəhəri yaxınlığındakı Fleqrey çöllərində baş vermiş 4,7 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
Primeinfo.az xəbər verir ki,bu barədə “Corriere della Sera” qəzeti İtaliyanın Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Qurumun açıqlamasına əsasən, zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb, təxminən 300 sakin isə təhlükəsizlik məqsədilə evlərini tərk etmək məcburiyyətində qalıb.
Bildirilib ki, yanğınsöndürənlər və texniki mütəxəssislər binalarda zədələrin olub-olmamasını müəyyən etmək üçün yoxlamaları davam etdirirlər.
Xatırladaq ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, cümə günü axşam saatlarında Neapoldan təxminən 10 kilometr məsafədə 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.