Xəbər axtarın

Son axtarış nəticələri:

Donbasda PUA zərbəsi: 4 mülki şəxs həlak olub

26.07.2026 15:39

Donbasda PUA zərbəsi: 4 mülki şəxs həlak olub

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Donetsk vilayətinin Qorlovka şəhərinə hücumu nəticəsində dörd mülki şəxs həyatını itirib.

Primeinfo.az xəbər verir ki, bu barədə şəhərin meri İvan Prixodko “Max” sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, hadisə şəhərin Nikitovski rayonunda baş verib. Prixodkonun sözlərinə görə, hücum nəticəsində dörd mülki sakin həlak olub. O, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Ölən və yaralananların şəxsiyyəti, eləcə də hücumun digər nəticələri araşdırılır.

Paylaş: