
“Bakı Metropoliteni” QSC-yə gediş haqqının dəyişdirilməsi ilə bağlı göstəriş verilməyib.
Primeinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metroda gediş haqqının tənzimlənməsi “Bakı Metropoliteni”nin səlahiyyətinə daxil deyil:
“Tariflərlə bağlı qərarlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən qəbul olunur. Buna görə gediş haqqının dəyişib-dəyişməyəcəyi barədə dəqiq məlumat verə bilmərik. Lakin bizə qiymətlərlə bağlı hər hansı göstəriş verilməyib”.
Xatırladaq ki, Bakı metrosunda gediş haqqı 2025-ci il oktyabrın 1-dən 60 qəpik müəyyən edilib.