
Rusiya Ukraynanın 12 vilayətinə zərbələr endirib. Ümumilikdə 5-i uşaq olmaqla 34 nəfər yaralanıb, 2 nəfər ölüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, hücumlar zamanı ümumilikdə 21 ballistik raketdən istifadə olunub. Nəticədə Kiyevdə çoxsaylı zərbələr və dağıntılar qeydə alınıb.
“Adi yaşayış binaları, enerji obyektləri, vağzallardan birinin və metronun infrastrukturu, ticarət mərkəzləri, müəssisələr zərbələrə məruz qalıb. Zədələnən obyektlər arasında hətta monastır da var. Fövqəladə hallar xidmətlərinin əməkdaşları bütün ərazilərdə işlərini davam etdirirlər”.

Ukrayna lideri bildirib ki, hücum Rusiya ilə növbəti danışıqlardan dərhal sonra icra edilib: “Faktiki olaraq, növbəti danışıqlardan dərhal sonra Rusiya nümayişkaranə zərbə endirdi. Bu, onun baş verənlərə münasibətində real dəyişikliklərin olmadığını göstərir”.