Xəbər axtarın

Son axtarış nəticələri:

Hindistan XİN: "Azərbaycanla münasibətlərimizin daha da dərinləşdirilməsi yollarını nəzərdən keçirdik"

23.10.2026 14:08

Hindistan XİN: "Azərbaycanla münasibətlərimizin daha da dərinləşdirilməsi yollarını nəzərdən keçirdik"

Bu gün Azərbaycanda apardığım danışıqlar gələcəyə yönəlik idi.

Primeinfo.az xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Hindistan şirkətləri uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və xüsusilə neft-enerji sektorundakı sərmayələri böyük əhəmiyyət kəsb edir: “Bu gün bu əlaqələri dərinləşdirməklə yanaşı, yeni sahələrə də yaymaq barədə razılığa gəldik. Qloballaşan iqtisadiyyatda nəqliyyat və əlaqələrin vacibliyini xüsusi vurğuladıq. Hər iki ölkə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük töhfə verir. Bu istiqamətdə daha sıx koordinasiya aparmaq barədə razılaşdıq. Həmçinin, birbaşa avia uçuşların sayının artırılması və münasibətlərimizin daha da dərinləşdirilməsi yollarını nəzərdən keçirdik”.

Paylaş: