Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytarır

22.10.2026 10:00

Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytarır

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının bu ölkənin ərazisinə keçməsi ilə bağlı məlumatı təsdiqləyib.

Primeinfo.az xəbər verir ki, oktyabrın 21-də günorta saatlarında erməni mediasında azərbaycanlı çobanın Tavuş vilayəti istiqamətindən Ermənistan ərazisinə keçməsi barədə məlumat yayılmışdı.

Amma həmin vaxt bu xəbər rəsmi şəkildə təsdiqlənməmişdi.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu gün yaydığı məlumata görə, 2026-cı il oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycan vətəndaşı aşkarlanıb.

“1968-ci il təvəllüdlü, Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov saxlanılıb. Aparılan yoxlama tədbirləri nəticəsində onun yolu azdığı üçün Ermənistan ərazisinə keçdiyi müəyyən edilib”, – deyə qurumun məlumatında bildirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının vətənə qaytarılması məqsədilə müvafiq tədbirlərin görüldüyünü də qeyd edib.

 

 

Paylaş: