
Fransanın şimal-şərqində keçirilən təlim uçuşu zamanı “Miraj 2000D” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində azı bir pilot həlak olub, ikinci pilot haqqında məlumat yoxdur.
Ərazidə helikopterlər, yanğınsöndürmə briqadaları, jandarm qüvvələri və hərbi ekspertlərin iştirakı ilə irimiqyaslı axtarış-xilasetmə işlərinə başlanılıb.
Ətraf ərazilərdə yaşayan sakinlər qəza zamanı səmada güclü partlayış səsi eşitdiklərini və güclü işıq parıltısı gördüklərini qeyd ediblər.