Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "ABŞ-də Fransadakı kimi iğtişaşlara imkan verilməyəcək"

21.10.2026 12:08

Tramp: "ABŞ-də Fransadakı kimi iğtişaşlara imkan verilməyəcək"
ABŞ rəhbərliyi Fransada baş verən hadisələrin ölkə daxilində təkrarlanmasının qarşısını almaq məqsədilə nümayişçilərə qarşı olduqca sərt tədbirlər görəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O qeyd edib ki, son günlər Fransada bəzi psix insanların öz ölkələrini necə məhv etdiyinin şahidi olub: “Bu insanlar dəlidir. Biz bununla barışmaq niyyətində deyilik. Əgər potensial təhlükə yaranarsa, ümid edirəm ki, onlarla çox, lap çox sərt davransam, mənə qəzəblənməyəcəksiniz, çünki məhz belə də olacaq. Yalnız bu halda onlar ölkəmizi dağıda bilməyəcəklər”.

Qeyd edək ki, ötən həftəsonu Parisdə və Fransanın müxtəlif bölgələrində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə etiraz olaraq kütləvi aksiyalar keçirilib.

Nümayişlərdə 800 min nəfər iştirak edib. Bir neçə şəhərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib.

Paylaş: