
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi ilə bağlı müəyyən qeydlərinin olduğunu bildirib.
Primeinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə Azərbaycan və Türkiyə arasında münasibətlərdəki gərginliklə bağlı sualın cavabında bunun iki ölkənin öz işi adlandırıb.
“Bizim Azərbaycanla öz münasibətlərimiz var, Türkiyə ilə də öz münasibətlərimiz var və bu istiqamətdə işləyəcəyik”, – Baş nazir deyib.
Paşinyan, eyni zamanda, Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydlərinin olduğunu etiraf edib.
“Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var. Hazırda proses bu mərhələdədir. Lakin müəyyən qərarlara gəlmək üçün həm Azərbaycanla, həm də Türkiyə ilə işi davam etdiririk”, – o vurğulayıb.