Xəbər axtarın

Son axtarış nəticələri:

Bu ərazilərdə işıq kəsiləcək

22.10.2026 10:17

Bu ərazilərdə işıq kəsiləcək

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Yasamalda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə, Zaur Kərimov küçələri və Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Binəqədidə 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsi, 6-cı mikrorayon ərazisindəki İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi yerlərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Paylaş: