Xəbər axtarın

Son axtarış nəticələri:

Rəsmi Pekin: "Çinin İrana hərbi yardımı ilə bağlı xəbər UYDURMADIR"

15.04.2026 14:10

Rəsmi Pekin Çinin İrana hərbi yardım göstərməsi ilə bağlı ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.

Primeinfo.az-ın xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian “X”-də yazıb ki, mediada Pekinin İrana hərbi dəstək göstərdiyinə dair yayılan xəbərlər tamamilə uydurmadır.

O, eyni zamanda, Pekinin Vaşinqtonun addımlarına qarşı cavab tədbirləri görə biləcəyi barədə xəbərdarlıq edib: “Əgər ABŞ bu ittihamlara əsaslanaraq Çinə qarşı tarifləri artırsa, Çin buna əks tədbirlərlə cavab verəcək”.

Paylaş: