Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilir. Primeinfo.az xəbər verir ki,tədbirdə çıxış edən turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışla bağlı fikirlərini bölüşüb. O, Azərbaycanın 189 ölkənin milli komandalarını bir araya gətirən ilk dünya çempionatına ev sahibliyi etməsindən qürur duyduğunu bildirib: “Milli Təşkilat Komitəsi adından FIFA-nın 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir.
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalına qələbə ilə başlayıb.
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilir.
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki,tədbir Bakı Kristal Zalında baş tutub. İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək.
2026 FIFA Dünya Kubokunun finalında İspaniyaya 1:0 hesabı ilə uduzan Argentinada matçdan sonra iğtişaşlar baş verib. Primeinfo.az xəbər verir ki, Buenos-Ayresin mərkəzində yerləşən Obelisk meydanında toplaşan minlərlə azarkeşdən ibarət qrup polisə daş və şüşə atıb. Buna cavab olaraq hüquq-mühafizə orqanları izdihamı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Futbol üzrə dünya çempionatında (DÇ-2026) L qrupunun oyunları yekunlaşıb. Primeinfo.az xəbər verir ki, son turda İngiltərə millisi Panama ilə, Xorvatiya Qana ilə qarşılaşıblar. Nyu-Cersi şəhərində keçirilən görüşdə ingiltərəlilər Panama millisinə 2:0 hesabı ilə qalib gəliblər.
FIFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Qərara əsasən, turnir 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.
Futbol üzrə dünya çempionatında E qrupunun növbəti oyunu baş tutub. Primeinfo.az xəbər verir ki, Kanzas-Siti şəhərində Ekvador Kürasao millisi ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb – 0:0.
2026-cı il dünya çempionatının E qrupunda II turun Almaniya – Kot-d’İvuar oyunu başa çatıb. Primeinfo.az xəbər verir ki, Kanadanın Toronto şəhərindəki “BMO Field” stadionunda keçirilən qarşılaşma Almaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.