Şimali Koreya lideri Kim Çen Inın Çinə birgünlük səfəri baş çatıb. Primeinfo.az Koreya mediasına istinadən xəbər verir ki,Kim Çen In oktyabrın 24-də səhər saatlarında iki ölkəni birləşdirən yeni açılmış körpüdən keçərək Çinin Dandon şəhərinə səfər edib. Onu Çin Kommunist Partiyası Siyasi Bürosunun daimi komitəsinin üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Hunin qarşılayıb.
Şimali Koreya lideri Kim Çen Inın Çinin Dandun əyalətinə səfəri zamanı onu ÇXR sədri Si Cinpinqin əsas məsləhətçilərindən biri olan Van Hunin müşayiət edib. Primeinfo.az xəbər verir ki,bu barədə “Xinhua” agentliyi xəbər verir. Bildirilir ki, o, Kim Çen Ina Si Cinpinqin səmimi salamlarını və ən xoş arzularını çatdırıb.
Şimali Koreya lideri Kim Çen In Çinə elan olunmamış səfər edib. Primeinfo.az “Yonhap”a istinadən xəbər verir ki,Kim Çen In bir az əvvəl Çinin Lioninq vilayətinin Dandonq bölgəsinə gəlib. Onun Çinə səfərinin iki ölkə sərhədində yerləşən Yeni Yalu Çayı Körpüsü vasitəsilə baş tutduğu bildirilib.
Şimali Koreya lideri Kim Çen İn oktyabrın 19-da paytaxt Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisini ziyarət edib. Primeinfoə.az xəbər verir ki, Şimali Koreya rəhbərinin vəfatı ilə bağlı sosial şəbəkələrdə gəzən şayiələrin fonunda Koreya Mərkəzi Telegraf Agentliyi (KMTA) sözügedən tədbirdən fotolar yayımlayıb. Təqdim olunan fotolarda Kim Çen İnin uşaq ayaqqabılarına və qadın paltolarına baxdığı, həmçinin yanındakı rəsmilərlə danışarkən aktiv jestlərdən istifadə etdiyi görünür.
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə görüşəcəyinə ümid etdiyini bildirib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Fox news” telekanalı məlumat yayıb. “Bu ilin sonunda Kim Çen Inla görüşməyi planlaşdırıram…
Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.