Almaniya Kansleri Fridrix Merts oktyabrın 26-dan 30-dək Sinqapur, Yaponiya və Cənubi Koreyada səfərdə olacaq. Primeinfo.az xəbər verir ki,Almaniya hökumətinin məlumatına əsasən, səfərin əsas məqsədi Asiyadakı bu yaxın tərəfdaş ölkələrlə təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirməkdir. Səfər çərçivəsində Kansler Sinqapurun Baş naziri Lourens Vonq və Prezidenti Tarman Şanmuqaratnam, Yaponiyanın Baş naziri Sanae Takaiçi, eləcə də Cənubi Koreyanın Prezidenti Li Ce Myonq ilə görüşlər keçirəcək.
Şimali Koreya lideri Kim Çen In Çinə elan olunmamış səfər edib. Primeinfo.az “Yonhap”a istinadən xəbər verir ki,Kim Çen In bir az əvvəl Çinin Lioninq vilayətinin Dandonq bölgəsinə gəlib. Onun Çinə səfərinin iki ölkə sərhədində yerləşən Yeni Yalu Çayı Körpüsü vasitəsilə baş tutduğu bildirilib.
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. Primeinfo.az bu barədə “Gazeta.uz”a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslər qarşılayıb.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə gəlib.
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarının Laçına səfəri başlayıb. Primeinfo.az xəbər verir ki,səfər zamanı nümayəndə heyətinin üzvləri ilk olaraq Laçın şəhərindəki Seyrəngaha gəlib. Qonaqlar buradan Laçın şəhərinə açılan mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Çin tərəfinin dəvəti ilə Cıciang əyalətinin Şaosin şəhərində keçirilən 2026-cı il Ümumdünya Təmizlik Günününə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Çin Xalq Respublikasında səfərdədir. Primeinfo.az xüsusi nümayəndəliyə istinadən xəbər verir ki, tədbir BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə keçirilir. Səfər çərçivəsində Məsim Məmmədov Çin Kommunist Partiyasının Şaosin şəhər komitəsinin katibi Şi Huifang ilə görüşüb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər. Primeinfo.az xəbər verir ki, bu barədə türkiyəli diplomat Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə Dəməşqdə keçirilən danışıqlardan sonra bildirib. “Prezidentimizin yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb.
Diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə səfərləri çərçivəsində “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İsveçrənin St. Gallen Universiteti ilə birgə təşkilatçılığı ilə Bakıda “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda keçirilən akademik konfransın iştirakçıları sentyabrın 9-11-də işğaldan azad edilmiş ərazilərə səfər ediblər.