Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: hindistan

Putin Hindistana gedir

Putin Hindistana gedir

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 10-u axşam saatlarında Hindistana yola düşəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib. “Prezident qarşıdakı Dehli BRICS sammitinə hazırlığını davam etdirir və bu axşam oraya uçacaq”, – deyə Peskov bildirib.

Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb

Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında musson yağışlarının yaratdığı güclü daşqınlar nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə “The Times of India” Assam Ştatının Fəlakətlərin İdarə Edilməsi İdarəsinə istinadən məlumat yayıb. Məlumata əsasən, daşqınlardan 300 mindən çox insan zərər çəkib.

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb.

Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO

Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO

Şahdağ daha bir multikultural günün ev sahibi olub. Primeinfo.az xəbər verir ki, məşhur hotellərdən birində hindistanlı cütlüyün toyu baş tutub. Pritika və Gautamın möhtəşəm toyu rənglərin, mədəniyyətin və sevginin harmoniyasına çevrilib.

Hindistanda bina çökdü: ÖLƏNLƏR VAR - VİDEO

Hindistanda bina çökdü: ÖLƏNLƏR VAR - VİDEO

Hindistanın Kəlküttə şəhərində anbar binasının çökməsi nəticəsində azı 11 nəfər ölüb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi xəbər yayıb. Təcili yardım xidmətləri dağılan binanın qalıqlarını təmizləyərək axtarış tədbirlərinə başlayıblar.

Azərbaycan Hindistandan kömür idxalını bərpa edib

Azərbaycan Hindistandan kömür idxalını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki , bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Rusiyadan 933 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 65 % çox) 4 min 883 ton (+2,1 dəfə), Qazaxıstandan 61,2 min ABŞ dolları dəyərində 490 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 27,4 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 28,1 ton (+9 dəfə) və Hindistandan 29,42 min ABŞ dolları dəyərində 35,7 ton kömür alıb.

Hindistanda fırtına: 90-a yaxın insan həlak olub  

Hindistanda fırtına: 90-a yaxın insan həlak olub  

Hindistanın şimalında, Uttar-Pradeş ştatında güclü yağış və fırtına nəticəsində azı 89 nəfər həlak olub. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli qurumlara istinadən məlumat yayıb. Qeyd olunur ki, ölüm hadisələrinin bir qismi ağacların insanların üzərinə aşması və evlərin divarlarının uçması nəticəsində baş verib.