Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: AFFA

Azərbaycanda keçiriləcək dünya çempionatının TARİXİ

Azərbaycanda keçiriləcək dünya çempionatının TARİXİ

Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib. Primeinfo.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb. Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq.

AFFA “Neftçi”ni 5 min cərimələdi

AFFA “Neftçi”ni 5 min cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib. “Araz-Naxçıvan”– “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 2000 manat cərimə edilib.

AFFA-dan “İmişli”nin futbolçusuna ağır cəza

AFFA-dan “İmişli”nin futbolçusuna ağır cəza

Misli Premyer Liqasının VI turunun “Sabah”la oyununda hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalanıb, klubu isə 10 000 manat cərimə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Sentyabrın 19-da keçirilən “Sabah” – “İmişli” matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu daha 700 manat cərimə edilib.

Azərbaycan millisinin heyəti AÇIQLANIB

Azərbaycan millisinin heyəti AÇIQLANIB

Azərbaycan milli komandasının növbəti oyunlar üçün heyəti açıqlanıb. Primeinfo.az xəbər verir ki, AFFA-nın yaydığı siyahıda 30 futbolçu yer alıb. Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 13 yarımmüdafiəçi və 4 hücumçu var.

AFFA İntizam Komitəsi 4 klubu cərimələdi

AFFA İntizam Komitəsi 4 klubu cərimələdi

Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klubu AFFA İntizam Komitəsi ümumilikdə 2 800 manat cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub. Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimələnib.

AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edib. Primeinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərarlara əsasən, 4 klub – “Kəpəz”, “Qəbələ”, “Neftçi” və “Qarabağ” cərimələnib. “Qəbələ” – “Şamaxı” oyunundan sonra meydançaya kənar şəxsin daxil olması səbəbindən ev sahibi komanda 2500 manat xərcə düşüb.

"Qəbələ" klubu 10 min manat CƏRİMƏLƏNDİ

"Qəbələ" klubu 10 min manat CƏRİMƏLƏNDİ

“Qəbələ” klubu Asif Məmmədova görə 10 min manat cərimələnib. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən “Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.