Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: AFFA

Fransa-Azərbaycan oyununun biletləri satışa çıxarılıb - AFFA

Fransa-Azərbaycan oyununun biletləri satışa çıxarılıb - AFFA

Fransa-Azərbaycan oyununun azərbaycanlı azarkeşlər üçün biletləri satışa çıxarılıb DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin Fransa və Ukrayna ilə səfər oyunlarının azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulan biletləri satışa çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Fanatlar biletləri iTicket.az-da onlayn şəkildə əldə edə bilərlər.

AFFA iki klubu 16 min 500 manat CƏRİMƏLƏDİ

AFFA iki klubu 16 min 500 manat CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi “Sabah” klubunu 11 700 manat cərimələyib. Primeinfo.az xəbər verir ki, buna Misli Premyer Liqasının VI turunda “Sumqayıt”la matçda yaşananlar səbəb olub. Oyununun gedişində işıq söndüyünə görə qarşılaşma 20 dəqiqə gecikdiyi üçün “Sabah” 1000 manat cərimə olunub.

AFFA iki klubu CƏRİMƏLƏDİ

AFFA iki klubu CƏRİMƏLƏDİ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib: 1-ci liqada III turun “Baku Sportinq” – “’Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilib. MOİK – “’Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilib.

"Qarabağ" klubu 5 min manat cərimələndi

"Qarabağ" klubu 5 min manat cərimələndi

AFFA İntizam Komitəsi “Sabah”, “Qarabağ” və “Araz-Naxçıvan” klublarını cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. 21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 17.7); 21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilsin (maddə 52.5); 20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun “Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2);