AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev vəzifəsindən ayrılıb. Primeinfo.az-ın məlumatına görə, o, öz istəyi ilə postunu tərk edib. Bu ayrılıq yaxın günlərdə rəsmi açıqlanacaq.
AFFA İcraiyyə Komitəsinin növbəti iclasında Hakimlər Komitəsinin sədri dəyişdirilib. Primeinfo.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəfin da iştirak etdiyi iclasda Hakimlər Komitəsinin sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcəyi müəyyənləşib. Daha sonra sözügedən vəzifəyə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.
AFFA İntizam Komitəsi “Sabah” klubuna xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, buna XII turda “Şamaxı” ilə oyunda tamaşaçılar tərəfindən gətirilmiş və qadağan olunmamış əşyaların arenaya buraxılmaması səbəb olub. “Sumqayıt”ın futbolçusu Rayan Senhaci isə 1 oyunluq cəza alıb.
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib. Primeinfo.az xəbər verir ki, iclasda UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər, klub sahibliyi ilə bağlı məsələlər, UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi, UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması və UEFA-nın tibbi və antidopinq tələbləri ilə bağlı mövzular müzakirə olunub. İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Misli Premyer Liqasında çıxış edən 5 klub cərimələnib. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb. XI turun “Qəbələ” – “Sumqayıt” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat ziyana düşüb.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Bleker qurumun mətbuat xidmətinə açıqlama verib. Komitə sədri “Şamaxı” – “İmişli” (1:0), “Sumqayıt” – “Qəbələ”(2:0), “Araz-Naxçıvan” – “Karvan-Yevlax” (2:1), “Sabah” – “Kəpəz” (3:1), “Zirə” – “Turan Tovuz” (0:0) və “Qarabağ” – “Neftçi” (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.
AFFA İntizam Komitəsi “Neftçi” klubunu cərimələyib. Primeinfo.az-a AFFA-dan verilən məlumata görə, buna Misli Premyer Liqasının X turunda “Kəpəz”lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub. “Ağ-qaralar” bu səbəbdən 2500 manat ziyana düşüb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Sosial ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayevaya UEFA-dan təyinat verilib. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb. O, UEFA Gənclər Liqasının II təsnifat mərhələsində baş tutacaq “Dinamo Minsk” (Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. İiclasda Misli Premyer Liqasının 8-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı Aktual 16 Oktyabr 2025, 11:46 AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.