Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: AFFA

"Qarabağ" 2500, "Neftçi" 2000 manat cərimələndi

"Qarabağ" 2500, "Neftçi" 2000 manat cərimələndi

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu 2500, “Neftçi”ni 2000 manat cərimələyib. Primeinfo.az Unikal-a istinadla xəbər verir ki, buna Misli Premyer Liqasının XVII turunda yaşananlar səbəb olub. Ağdam təmsilçisi “Kəpəz”lə qarşılaşmadan sonra meydana kənar şəxsin daxil olması ucbatında ziyana düşüb.

Könül Mehdiyevaya UEFA-dan təyinat

Könül Mehdiyevaya UEFA-dan təyinat

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Primeinfo.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq. Görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.

Rövşən Nəcəf FİFA prezidenti ilə görüşdü - FOTO

Rövşən Nəcəf FİFA prezidenti ilə görüşdü - FOTO

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəfin FİFA prezidenti Canni İnfantino ilə görüşü keçirilib. Primeinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar. Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib.

AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza verilib

AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza verilib

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “VT Gəncə” komandasının prezidenti Hacıbala Əzimova 10 oyunluq cəza verib. Primeinfo.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna “Xocalı” ilə matçda yaşananlar səbəb olub. Sözügedən qarşılaşmada AFFA-nı və hakimləri təhqir edən H.Əzimov növbəti 10 oyuna buraxılmayacaq.

AFFA şübhəli oyunla bağlı araşdırmaya başlayır

AFFA şübhəli oyunla bağlı araşdırmaya başlayır

AFFA rəhbərliyi Azərbaycan I Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail” – “Şimal” (3:4) oyunu ilə bağlı araşdırmalara başlayır. Primeinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin autsayderə məğlubiyyəti şübhə doğurub. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, “Səbail” dörd qolu cəmi 17 dəqiqə ərzində buraxıb.

Misli Premyer Liqasının hakimləri Antalyada təlim-məşq toplanışına cəlb olunacaq

Misli Premyer Liqasının hakimləri Antalyada təlim-məşq toplanışına cəlb olunacaq

Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər üçün yanvarın 12-dən 18-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək. Primeinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplanışa Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere və Hakimlər Komitəsinin sədri Rəhim Həsənov rəhbərlik edəcəklər. Hazırlıq müddətində UEFA Hakimlər Komitəsinin üzvləri tərəfindən hakimlərimiz üçün nəzəri və praktiki seminarlar təşkil olunacaq.

“Qarabağ” azarkeşlərinə görə cərimələndi

“Qarabağ” azarkeşlərinə görə cərimələndi

  Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Primeinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. “Turan Tovuz” – “Sabah” oyununda “Sabah”dan 7 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/2026-cı illər mövsümündə Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 5,55 milyon avro ayıracaq. Primeinfo.az xəbər verir ki, vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək. Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir (Azərbaycan 26-cı yerdədir – red.), digər 30 faiz isə klubun Avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir ki, bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.

AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələyib

AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələyib

AFFA İntizam Komitəsi “Neftçi”ni azarkeşlərinin davranışına görə cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib. 08.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sabah” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 86.3); 09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt” komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 1000 manat cərimə edilsin (maddə 17.6, 17.7) 09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sumqayıt” – “İmişli” oyununda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

"Sumqayıt" və "Şamaxı"nın baş məşqçiləri cəzalandırılıb

"Sumqayıt" və "Şamaxı"nın baş məşqçiləri cəzalandırılıb

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb.