Xəbər axtarın

Son axtarış nəticələri:

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

24.10.2026 10:15

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndəki husilərin Ər-Riyad istiqamətində atdığı ballistik raketi məhv ediblər.

Primeinfo.az xəbər verir ki,bu barədə koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib.

Hadisədən sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Ər-Riyad sakinlərini mümkün təhlükə barədə xəbərdar edib. Daha sonra xəbərdarlıq ləğv olunub və şəhər üçün təhlükənin sovuşduğu bildirilib.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında silahlı münaqişə 2014-cü ildən davam edir. Oktyabrın 19-da husilərin hərbi sözçüsü Səudiyyə Ərəbistanının ərazisindəki hava limanlarına, neft-qaz obyektlərinə və hərbi bazalara hücumlar həyata keçirildiyini iddia edib.

Paylaş: