
Sabah Fransada ölkə boyu keçiriləcək etiraz aksiyaları fonunda sabitliyi təmin etmək üçün 70 min polis səfərbər ediləcək.
Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Laurent Nunez deyib.
“Sosial şəbəkələrə baxın. Radikal solçular ictimai binaları hədəfə almağa çağırış edirlər. Demək ki, söhbət yumşaq etirazlardan getmir. Biz sabah həddindən artıq qətiyyətli olmağa hazırıq və heç bir şeyə dözməyəcəyik”, – Fransanın daxili işlər naziri bildirib.
Qeyd edək ki, Fransada bir müddətdir təhsil, iş yeri, bahalaşma və digər problemlərlə bağlı etiraz aksiyaları keçirilir. İndiyədək ümumilikdə 2 700 nəfər həbs edilib.