AFFA İntizam Komitəsi “Sumqayıt”ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib. Primeinfo.az xəbər verir ki, buna “Kəpəz”ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub. Qarşılaşma bitdikdən sonra “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub.
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunun cəzalarını açıqlayıb. Primeinfo.az xəbər verir ki, turun mərkəzi görüşü olan “Neftçi” – “Qarabağ” matçında azarkeşlərin hərəkətlərinə görə hər iki komanda ziyana düşüb. “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilib.
AFFA “Neftçi” və “Zirə” klublarına qarşı ciddi sanksiyalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, müvafiq cəza qərarları AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub. Misli Premyer Liqasının XXVIII turu çərçivəsində baş tutan “Zirə” – “Neftçi” qarşılaşmasında qeydə alınan insidentlər hər iki komanda üçün ağır nəticələnib.
AFFA Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.
AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilib. “3 aprel 2026-cı il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilib”, – AFFA-nın açıqlamasında deyirlir.
Misli Premyer Liqasında klubların 2024-cü ildə inzibati işçilərə ödədikləri əməkhaqqılar müəyyənləşib. Primeinfo.az bu barədə AFFA-nın hesabatına istinadən məlumat verir. İnzibati işçilərə ən çox məvacibi “Qarabağ” verib.
“Kəpəz” klubu cərimələnib. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının XXV turunda “Qarabağ”la matçdan sonra meydana kənar şəxslərin daxil olması səbəb olub.
AFFA-nın bayrağı altında təşkil olunan liqalarda həftəsonu keçirilməsi planlaşdırılan oyunlar təxirə salınıb. Primeinfo.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb. “AFFA-nın bayrağı altında təşkil edilən U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb”, – məlumatda qeyd edilib.
AFFA İntizam Komitəsi “Neftçi”ni 23000 manat cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib. Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda Bakı klubunun azarkeşlərinin təhqiredici pankart açmasına görə klub 15000 manat cərimələnib.
Əvəzedicilər Liqasının XV turunda “Qarabağ” azarkeşlərini arenaya buraxmayan “Neftçi” klubu cərimələnib. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. “Ağ-qaralar”ın bu davranışı onlara 200 manata başa gəlib.