“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildirib ki, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq: “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək.
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması yekunlaşır. Primeinfo.az xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub.
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında “Sabah” FK-nın növbəti qarşılaşması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də xüsusi iş rejimi tətbiq olunacaq. Bu barədə Primeinfo.az-a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Bakı metrosunda Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Primeinfo.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir. Məlumata görə, “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib. Primeinfo.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sərnişin kanat yolları sahəsində sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, tikintisini və istismarını təmin edəcək.
Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropolitenində iş qrafiki dəyişdiriləcək.
“Xocəsən” və “Avtovağzal” metro stansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir. Primeinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.
“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə alternativ marşrutlar təklif edib. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa gedə bilərlər: “Həmçinin Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələrək, buradan eyniadlı metro stansiyasına keçid etmək mümkündür.
“Bakı Metropoliteni” QSC-nin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. Primeinfo.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub.