“Tələb edirəm ki, metronun bir neçə stansiyası da bağlansın”. Primeinfo.az xəbər verir ki, bu fikri siyasi şərhçi Elçin Alıoğlu Prime TV-nin “Qırmızı masa” platformasında səsləndirib. O, “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılmasını şərh edib: “Məsələn, xeyr ola “Əhmədli” stansiyası açıq olmalıdır?
Bakı metropolitenində yeni tədris ilinin başlanması ilə əlaqədar qatarların hərəkət intervalları azaldılır. Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, aparılan texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endiriləcək.
Bu gün səhər saatlarında Bakı metrosunda hərəkətdə problem yaranıb. Qatarlar uzun müddət “Koroğlu” stansiyası ilə “Ulduz” stansiyası arasında dayanıb.
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq: “Bakı metropoliteninin “bənövşəyi”, “yaşıl” və “qırmızı” xətləri bir-biri ilə kəsişəcək və bu da sərnişinlərə bir xətdən digərinə keçid imkanı verəcək.
Bakıda 20 sentyabr metro stansiyası olacaq. Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb.
Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında “Tvente”yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata görə, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
Bu axşam saat 20:45-də “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata görə, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq.
Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək. Bu barədə Primeinfo.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O, “İçərişəhər-Həzi Aslanov” istiqamətində qatarların hərəkətində heç bir dəyişiklik olmayacağını diqqətə çatdırıb: “28 May” stansiyası öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Primeinfo.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır.
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.