Xəbər axtarın

Son axtarış nəticələri:

Metro qatarı tuneldə qaldı - 35 dəqiqə  - FOTO - VİDEO

14.09.2026 10:00

Metro qatarı tuneldə qaldı - 35 dəqiqə  - FOTO - VİDEO

Bu gün səhər saat 8 radələrində Bakı metrosunda hərəkətdə problem yaranıb. Qatarlar 35 dəqiqə “Koroğlu” stansiyası ilə “Ulduz” stansiyası arasında dayanıb. Nəticədə sıxlıq yaranıb. Sərnişinlərin çoxu təşvişə düşüb, halı pisləşənlər, metrodan çıxanlar olub. 

Məsələ ilə bağlı Primeinfo.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

“Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddətdə Qırmızı xətt üzrə interval bərpa olunub. Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, – açıqlamada qeyd olunub.

Paylaş: