
ABŞ prezidenti Donald Tramp həftəsonunu keçirəcəyi İrlandiyada bir neçə Avropa lideri ilə görüşmək niyyətində olduğunu açıqlayıb.
Primeinfo.az xəbər verir ki, o, bu barədə İrlandiyaya yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb: “Avropa liderləri və digərləri ilə çoxlu görüşlərimiz olacaq. Buna görə də çox maraqlı olacaq. Biz fəal şəkildə ticarət əlaqələri qururuq”.
Bundan əvvəl Ağ Ev Trampın 12 və 13 sentyabrda İrlandiyada olacağını açıqlayıb. Onun Baş nazir Maykl Martinlə görüşməsi və digər tədbirlərlə yanaşı, qolf turnirində iştirak etməsi gözlənilir.