Xəbər axtarın

Son axtarış nəticələri:

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

11.09.2026 19:59

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş: