Xəbər axtarın

Son axtarış nəticələri:

Taqanroq və Tolyatti hücum hədəfində: Zavod və aerodrom yanır

12.09.2026 11:45

Taqanroq və Tolyatti hücum hədəfində: Zavod və aerodrom yanır

Ukraynanın Rusiya ərazisindəki mühüm obyektlərə hücumları davam edir.

Primeinfo.az xəbər verir ki, ötən gecə Taqanroq dron hücumuna məruz qalıb bir neçə obyektdə yanğın başlayıb.

Taqanroqda hücum hədəflərindən birinin yerli aerodrom olduğu bildirilir.

Eyni zamanda ötən gecə Tolyattidə Kuybışev Azot kimya zavodu hücumun hədəfi olub. Burada ammonyak, ammonium nitrat, karbamid, ammonium sulfat, kaprolaktam, poliamid və digər məhsullar istehsal olunur.

Bu, Rusiyanın azot sənayesində əsas strateji müəssisələrdən biridir. Zavoda artıq bu ilin mart ayında bir dəfə hücum edilib.

Paylaş: