Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna Lukoil-in belini qırdı: 17 milyon tonluq zavod... 

01.11.2026 16:15

Ukrayna Lukoil-in belini qırdı: 17 milyon tonluq zavod... 

Ötən gecə Ukrayna Rusiyanın ən böyük 5 neft emalı zavodu sırasında olan müəssisəyə zərbə endirib.

Primeinfo.az xəbər verir ki,söhbət Rusiyanın Nijni Novqorod vilayətindəki Kstovo NEZ-dən gedir.

Gecə yarısından zavodda hücum nəticəsində baş verən yanğının görüntüləri sosial mediada geniş yayılmağa başlayıb.

OSINT kanalları Kstovo Neft Emalı Zavodunun vurulduğunu və bunun nəticəsində müəssisədə böyük yanğın baş verdiyini bildirib.

Qeyd etmək lazımdır ki, Kstovo Neft Emalı Zavodu Rusiyanın ən böyük beş neft emalı zavodundan biri, Lukoil şirkətinin quraşdırılmış gücünə görə ən böyük neft emalı zavodudur. Onun layihə gücü ildə təxminən 17 milyon ton neft təşkil edir.

Paylaş: