Xəbər axtarın

Son axtarış nəticələri:

İstanbul Fond Birjasında ŞOK HƏBS

01.11.2026 13:45

İstanbul Fond Birjasında ŞOK HƏBS

Türkiyədə maliyyə bazarlarını sarsıdan genişmiqyaslı korrupsiya və manipulyasiya təhqiqatı çərçivəsində İstanbul Fond Birjasının (“Borsa İstanbul”) baş direktoru Korkmaz Enes Ergun saxlanılıb.

Primeinfo.az xəbər verir ki,İstanbul Respublika Baş Prokurorluğu yüksəkrütbəli maliyyəçini mütəşəkkil cinayətkar dəstədə iştirak etməkdə və rüşvətalmada ittiham edir.

Ergun 2021-ci ildən ölkənin əsas birjasına rəhbərlik edirdi. Genişmiqyaslı anti-korrupsiya araşdırmasına sentyabr krizisi səbəb olub; həmin vaxt bir sıra investisiya fondlarında yaranan likvidlik problemləri və şübhəli əməliyyatlar səbəbindən qiymətli kağızların ticarəti təcili olaraq dayandırılmışdı.

Həyata keçirilən əməliyyatlar nəticəsində oktyabrın sonuna qədər saxlanılan və həbs edilən maliyyəçi, fond meneceri və iş adamlarının sayı artıq 120 nəfərə çatıb. Korkmaz Ergunun saxlanılması isə istintaqın birbaşa birjanın ali rəhbərliyinə qədər genişləndiyini göstərən ilk belə haldır.

Paylaş: