Xəbər axtarın

Son axtarış nəticələri:

Ağdamda ailələrə yeni mənzillərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

30.10.2026 14:25

Ağdamda ailələrə yeni mənzillərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

Ağdam şəhərinə növbəti köç karvanı ilə gələn ailələrə yeni mənzillərin açarları təqdim edilib.

Primeinfo.az xəbər verir ki, bu mərhələdə şəhərə 70 ailə olmaqla, ümumilikdə, 238 nəfər köçürülüb. Doğma yurda dönən sakinlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Ağdamda qarşılanan ailələrə əvvəlcə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərə toxunmamaq, onlardan uzaq durmaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Sonra ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxışlarda doğma yurdlarına qayıdan sakinlər təbrik olunub, onlara yeni yaşayış yerlərində xoş günlər və firavan həyat arzulanıb.

Doğma yurdlarına qayıdan sakinlər onlara göstərilən dövlət qayğısından, yeni mənzillərdə yaradılan şəraitdən razılıqlarını ifadə edərək, bu şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı və uzun ömür arzulayıblar.

13:06

***

“Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Oktyabrın 30-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

Primeinfo.az xəbər verir ki, bu mərhələdə 70 ailə olmaqla, 238 keçmiş məcburi köçkün doğma yurda – Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Paylaş: