Xəbər axtarın

Son axtarış nəticələri:

Leysan Məmmədov vəzifəsindən azad edilib

30.10.2026 12:29

Leysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib.

Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb.

L.Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu.

Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün öncə mediada Qarabağda aparılan tikinti işləri zamanı ayrılan dövlət vəsaitinin bir neçə vəzifəli şəxs tərəfindən mənimsənilməsi haqqında xəbərlər yayılmışdı.

Paylaş: