
“İran vəziyyəti yaxşılaşdırmaq üçün real təkliflər irəli sürmür. Əksinə, bildirir ki, 7 şərt yerinə yetirilərsə, qarşı tərəflə danışa bilərik. Özləri də bilir ki, bu şərtlər qarşısında Tramp geri çəkilməyəcək”.
Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, Hörmüz boğazı ilə bağlı müzakirə gedir, amma İsrailin hədəfində əsasən zənginləşdirilmiş urandır. Əgər zərbələr olacaqsa, məhz bu obyektlərin vurulmasını önə çəkəcəklər.
Davamı “Qırmızı masa”da: