Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Milli Məclisin sədri Sahibə Qafarova

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini təsdiq ediblər. Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına son dövlət səfərinin mühüm hadisə olduğu və münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsinə töhfə verdiyi vurğulanıb.

Bakı və Daşkənd II Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun keçirilməsi barədə razılığa gəliblər

Bakı və Daşkənd II Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun keçirilməsi barədə razılığa gəliblər

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının (parlament) sədri Tənzilə Narbayeva iki dövlət arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Primeinfo.az Özbəkistan Ali Məclisi Senatının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Tanzaniyada Parlamentlərarası İttifaqın 153-cü Assambleyası çərçivəsində baş tutub. Tərəflər regional əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Oktyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfərə edib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar - FOTO

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar - FOTO

27 Sentyabr – Anım Günündə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Primeinfo.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri Zəfər abidəsinin önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün – 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Sahibə Qafarova Serbiyaya gedib

Sahibə Qafarova Serbiyaya gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gedib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belqrad şəhərinin Nikola Tesla hava limanında Milli Məclisin sədrini Serbiya Respublikasının daxili və xarici siyasət naziri, EXPO-2027-in Baş Komissarı Yaqoda Lazareviç, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunan Milli Məclisin sədri vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər.

Sahibə Qafarova Efiopiya Xalq Nümayəndələri Palatasının sədri ilə görüşüb - FOTO

Sahibə Qafarova Efiopiya Xalq Nümayəndələri Palatasının sədri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb. Primeinfo.az xəbər verir ki, ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini deyən Tagasse Çaffo bildirib ki, Azərbaycan parlamentinin spikerinin bu səfəri qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək. Milli Məclisin sədri Sahibə Qafarova da öz növbəsində qeyd edib ki, bu səfər Azərbaycanın qarşılıqlı münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir.