Sümük iliyi transplantasiyası talassemiya, leykoz, aplastik anemiya, limfoma, çoxsaylı miyeloma və digər ağır qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün həyati əhəmiyyət daşıyan müalicə üsullarından biridir. Bu müalicənin uğurunda uyğun donorun tapılması mühüm rol oynayır. Sümük iliyi donorluğu ilə bağlı cəmiyyətdə bir sıra yanlış təsəvvürlər, xüsusilə də donorun sağlamlığına zərər vurması ilə bağlı narahatlıqlar mövcuddur.
İstehlakçılar kosmetik məhsul alarkən həm sağlamlıqlarını qorumaq, həm də saxta məhsullardan yayınmaq üçün bir sıra vacib məqamlara diqqət yetirməlidirlər. İlk növbədə məhsulun qablaşdırılması, etiket məlumatları və üzərində göstərilən məlumatların tamlığı yoxlanılmalıdır. Məhsulun istehsal edildiyi ölkə, istehsalçı şirkət, istehsal və son istifadə tarixi, istifadə qaydaları və saxlanma şəraiti barədə məlumatların olması vacibdir.
Sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib. Səhiyyə Nazirliyindən Primeinfo.az-a bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub. Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda – Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.
“İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan təzyiqini qəfil qaldırır və infarkt riskini artırır: “Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma tutmalarına yol açır.
Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir. Yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur. Bu barədə Primeinfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
2026-2027-ci tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər. Bu barədə Primeinfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, rezidenturaya qəbul olmuş şəxsin özü olmadıqda müqaviləni həmin şəxsin etibarnamə verdiyi digər şəxs imzalaya bilər.
“Samux rayonunda bir şəxsdə qarayara xəstəliyinin laborator müayinələrlə təsdiqlənməsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmalar zamanı həmin şəxsin iribuynuzlu heyvanla təmasda olduğu müəyyən edilib”. Bunu Primrinfo.az-a açıqlamasında Səhiyyə Naziriyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib. Onun sözlərinə görə, hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə götürülüb, zəruri laborator müayinələr aparılır və epidemioloji tədbirlər həyata keçirilir: “Hazırda əhali arasında qarayaranın yayılması müşahidə olunmur.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb. Primeinfo.az xəbər verir ki, birgə məlumatda deyilir: “Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilmişdir.
Respublika üzrə 2026-cı ilin ilk altı ayı ərzində 23293 heyvan dişləməsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib. “Bunlardan 11670 hadisə məlum heyvanlar (it, pişik), 11108 hadisə naməlum heyvanlar (it,pişik,siçovul) tərəfindən olub.
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində daha bir nəfər xəsarət alıb.