Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda 40 kq narkotik aşkarlanıb

22.09.2026 20:29

Bakıda 40 kq narkotik aşkarlanıb

Xəzər rayonunda 40 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb. Ondan 40 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Araşdırma davam etdirilir.

Paylaş: