Xəbər axtarın

Son axtarış nəticələri:

Azad edilən ərazilərdə 269 mina, 745 PHS aşkarlanıb

21.09.2026 15:50

Azad edilən ərazilərdə 269 mina, 745 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (14.09.2026-20.09.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 745 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1840,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş: