Xəbər axtarın

Son axtarış nəticələri:

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb - FOTO

22.09.2026 19:50

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 2026-cı ilin yanvar-avqust aylarında 537 min tondan çox yük aşırılıb.

ADY-dən Primeinfo.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur.

Məlumata görə, yalnız 2026-cı ilin avqust ayında terminalda 76 min ton yük aşırılıb. Bu göstərici illik müqayisədə 50% artıb.

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb - FOTO

Paylaş: