Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: köç karvanı

35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb - Açarlar təqdim edilib - FOTO

35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb - Açarlar təqdim edilib - FOTO

Sentyabrın 22-də “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a bildirilib, bu mərhələdə 136 nəfərdən ibarət 35 ailə doğma torpaqlarına qayıdıb. Köç çərçivəsində Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalı rayonunun Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə isə 4 ailə – 9 nəfər köçürülüb.

Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb

Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub. Primeinfo.az xəbər verir ki, bu gün səhər saatlarında yola salınan köç karvanı Şükürbəyliyə çatıb. Bu mərhələdə Şükürbəyli kəndinə 24 ailə (148 nəfər) köçürülüb.

Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB

Bu gün Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, kəndlərə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb - Açarlar təqdim edilib - YENİLƏNİB - FOTO

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb - Açarlar təqdim edilib - YENİLƏNİB - FOTO

Avqustun 21-də doğma yurduna yola salınan köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb. Primeinfo.az-ın xəbərinə görə, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülən 36 nəfərdən ibarət 8 ailəyə, Xocalı rayonunun Badara kəndinə 13 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 10 nəfərdən ibarət 4 ailəyə, Xanabad kəndinə 31 nəfərdən ibarət 8 ailəyə, Ballıca kəndinə 8 nəfərdən ibarət 3 ailəyə, Təzəbinə kəndinə 71 nəfərdən ibarət 14 ailəyə, Ağdərə rayonunun Kolatağ kəndinə 36 nəfərdən ibarət 12 ailəyə, Həsənriz kəndinə 30 nəfərdən ibarət 6 ailəyə, Aşağı Oratağ kəndinə 49 nəfərdən ibarət 12 ailəyə, Çapar kəndinə 51 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

BÖYÜK QAYIDIŞ: Xankəndi şəhərinə növbəti köç yola salındı - FOTO

BÖYÜK QAYIDIŞ: Xankəndi şəhərinə növbəti köç yola salındı - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu gün Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülür. Doğma yurda doğru yola çıxan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Şükürbəyli kəndində ailələlərə evlərin açarları təqdim olunub - YENİLƏNİB - FOTO

Şükürbəyli kəndində ailələlərə evlərin açarları təqdim olunub - YENİLƏNİB - FOTO

Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə edilib.