Xəbər axtarın

Son axtarış nəticələri:

Şuşaya qayıdanların sayı AÇIQLANIB

19.05.2026 11:10

Şuşaya qayıdanların sayı AÇIQLANIB

2024-cü il mayın 10-dan indiyədək Şuşa şəhərinə 377 ailə olmaqla ümumilikdə 1411 nəfər qayıdıb.

Primeinfo.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən paneldə Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Onun sözlərinə görə, şəhərdə geniş quruculuq işləri davam edir:

“Şuşada 450 mənzil istifadəyə verilib. Eyni zamanda, 960 şagird yerlik məktəb fəaliyyət göstərir. Bundan əlavə, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi də tikilərək istifadəyə təqdim olunub”, – deyə Aydın Kərimov qeyd edib.

Paylaş: