Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. Primeinfo.az xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərindən məmnunluq ifadə olundu, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar. [gallery ids="115488,115489"]
Tacikistan Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün Bakıya səfərə yola düşüb.
Tacikistan, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri (C6) formatında sədrliyi dövründə Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırdır. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rahmon Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib. “Sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar sizi təbrik etmək və uğurlar arzulamaq istərdim.
“Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur”.
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm.