Xəbər axtarın

Son axtarış nəticələri:

Rahmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"

08.10.2026 13:00

Rahmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"
Tacikistan, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri (C6) formatında sədrliyi dövründə Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırdır.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rahmon Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

“Sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar sizi təbrik etmək və uğurlar arzulamaq istərdim. Sədrliyiniz dövründə işin təşkilində hərtərəfli dəstək göstərəcəyik”, – Rahmon Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək deyib.

Paylaş: