Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan–Türkiyə münasibətləri türk millətinin tarixi kapitalıdır

14.10.2026 17:09

Azərbaycan–Türkiyə münasibətləri türk millətinin tarixi kapitalıdır

Bəzi münasibətlər sadəcə qorunmur, qorunması dövlətçilik məsuliyyətinə çevrilir.

Azərbaycan–Türkiyə münasibətləri məhz belə bir münasibətdir.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın bu səmimi görüntüsü bir daha xatırladır ki, iki ölkə arasındakı qardaşlıq yalnız tarixi və mənəvi bağlılıq deyil, həm də böyük siyasi məsuliyyətdir.

Bu münasibətləri qorumaq üçün hər iki dövlət bir-birinin suverenliyinə, dövlətçilik iradəsinə və daxili işlərinə qarşılıqlı hörmət prinsipini daim qorumalıdır. Qardaşlıq bir-birinin daxili məsələlərinə müdaxilə etmək deyil, lazım gəldikdə bir-birini anlayaraq, hörmət edərək və dəstəkləyərək yanında olmaqdır.

İllərdir Azərbaycan–Türkiyə birliyini zəiflətməyə və bu münasibətlərə kölgə salmağa çalışan heç bir qüvvəyə yeni fürsət verilməməlidir. Eyni zamanda, bu münasibətlər nə kənar qüvvələrin siyasi hesablarına, nə də öz siyasi etimadını itirmiş şəxslərin Azərbaycan–Türkiyə münasibətlərindən özlərinə yeni tribuna yaratmaq cəhdlərinə alət edilməməlidir.

Fikir ayrılığı ola bilər, müzakirə ola bilər, amma qardaşlığın özü mübahisə predmetinə çevrilməməlidir.

Azərbaycan–Türkiyə münasibətləri hər iki dövlətin və türk millətinin tarixi kapitalıdır. O kapitalı qorumaq isə təkcə Prezidentlərin deyil — hər iki dövlətin, hər iki cəmiyyətin və hər birimizin məsuliyyətidir.

Qardaşlıq emosiyalarla qurula bilər, amma onu qorumaq üçün siyasi müdriklik, qarşılıqlı hörmət və məsuliyyət lazımdır.

Səftər Rəhimli, hüquq elmləri doktoru

Paylaş: