Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar. [gallery ids="115488,115489"]
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçiriləcək. Azərbaycanın ev sahibliyi edəcəyi sammitdə Asiyanın müxtəlif bölgələrini təmsil edən dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir.
İsrail Prezidenti İsxaq Hersoq Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Sammitində iştirak edəcək. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib. “Mən İsrailin regionumuzdakı mühüm tərəfdaşı olan Azərbaycana yenicə gəldim.
14 oktyabr tarixində Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, mərasimdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM baş katibi Kairat Sarıbay və AQEM-in təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib. Mərasim zamanı Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında 14 sentyabr 1999-cu il tarixli Bəyannaməni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.
AQEM Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqindəki unikal rolunu yüksək qiymətləndirir.
Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.
“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır”. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin AQEM Media Forumunun iştirakçılarına müraciətində deyilir. “Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
İyunun 25-də Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu çərçivədə ölkəmizin təşəbbüsü ilə AQEM ölkələrində Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin, AQEM Qadınlar Şurasının və AQEM Maliyyə Sammitinin yaradılması, habelə iqtisadi əməkdaşlıq, iqlim dayanıqlılığı, su təhlükəsizliyi, qadınların səlahiyyətləndirilməsi, gənclər, təhsil, media, turizm və nəqliyyat-logistika sahələrində keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətinə və görülən işlərin bu beynəlxalq qurumun güclənməsinə verdiyi xüsusi töhfəyə diqqət çəkilib.
Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir.