
Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Primeinfo.az-a “Azəriqaz”dan məlumat verilib.
“Təmir-quraşdırma işləri ilə əlaqədar 22.09.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq”, – məlumatda qeyd olunur.