
Dünyaca məşhur model Sindi Kroufordun yeganə oğlu Presli Gerber vəfat edib.
Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, o 27 yaşında Los-Ancelesdəki reabilitasiya mərkəzində dünyasını dəyişib. Preslinin ölümünün rəsmi səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, Presli Gerber 1999-cu ildə supermodel Sindi Krouford və onun həyat yoldaşı Rendi Gerberin ilk övladı olaraq dünyaya gəlib. Cütlük bundan bir il əvvəl evlənib. 2001-ci ildə onların qızı, hazırda məşhur model və aktrisa olan Kaya Gerber dünyaya gəlib.
Presli yeniyetməlik yaşlarından model karyerasına başlayıb, eyni zamanda fotoqrafiya ilə də maraqlanıb. O, IMG Models agentliyi ilə əməkdaşlıq edib, nümayişlərdə iştirak edib, “Calvin Klein”, “Dolce & Gabbana”, “Tommy Hilfiger” və “Moschino” kimi dünya şöhrətli brendlərin reklam kampaniyalarında yer alıb.
