
“Müharibə başlamazdan öncə ilk dəfə Rusiya televiziyalarında Təhlükəsizlik Şurasının iclası canlı yayımda verildi. Putin bunu özü qəsdən etmişdi – rus cəmiyyəti görsün ki, müharibə qərarını təkbaşına verməyib. Hazırda da yenə eyni ssenari həyata keçirilir və Putin məsuliyyəti bölüşür. Ortada böyük faciə var. Bu səbəbdən Rusiya prezidenti bütün məsuliyyəti öz üzərinə götürmək istəmir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Patruşev və Peskov bəzi NATO ölkələrinə xəbərdarlıq vermişdi.
Davamı “Qırmızı masa”da: