Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Yasamal

Yasamalda dələduzluq edən 70 yaşlı qadın SAXLANILDI

Yasamalda dələduzluq edən 70 yaşlı qadın SAXLANILDI

Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib.

Bu ərazilərdə işıq KƏSİLƏCƏK

Bu ərazilərdə işıq KƏSİLƏCƏK

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.

Bakıda 6 dost dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - FOTO

Bakıda 6 dost dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - FOTO

Bu ilin fevral ayında paytaxtın Yasamal rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Yasamal Rayon Məhkəməsində 22 yaşlı Əli Məmmədova hökm oxunub. Məlum olub ki, hadisə gecə saat 04:20-də Kənar Dairəvi yolun Yasamal rayonundan keçən hissəsində – üzü Lökbatan qəsəbəsi istiqamətində baş verib.

Yasamalda qaz kəsilib

Yasamalda qaz kəsilib

Təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 15-də saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Yasamal rayonunun M.İbrahimov, L.Tolstoy, B.Səfəroğlu, D.Əliyeva, H.Aslanov, Ə.Quliyev, İ.Səfərli və T.Xəlilbəyli küçələrinin təbii qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Yasamalda maşın ALOVLANDI - VİDEO

Yasamalda maşın ALOVLANDI - VİDEO

Paytaxtın Yasamal rayonu, Hüseyin Cavid prospekti prospektində minik avtomobilində yanğın baş verib. Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, yolda təhlükəsizlik tədbirləri görülməklə yanaşı, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yanğına müdaxilə edilib, alovlanmanın qarşısı vaxtında alınıb. [video width="1024" height="576" mp4="https://cdn.primeinfo.az/2026/09/WhatsApp-Video-2026-09-11-at-16.11.22.mp4"][/video]

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də Bakının Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yasamalda işıq KƏSİLƏCƏK

Yasamalda işıq KƏSİLƏCƏK

Bu gün paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. “Azərişıq”dan Primeinfo.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 14-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisindəTransformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau, Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yasamalda evdə partlayışda yaralananların son vəziyyəti - TƏBİB-dən AÇIQLAMA

Yasamalda evdə partlayışda yaralananların son vəziyyəti - TƏBİB-dən AÇIQLAMA

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan 3 nəfərin (2 qadın, 1 kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicəsi davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir. Primeinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Hadisə baş verən ərazidən keçərkən xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1 nəfər (qadın) isə ambulator müalicə üçün evə buraxılıb.

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik enerji təminatında məhdudiyyət yaranacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq.